“Rusiyanın indiki məqamda Ermənistanla münasibətləri korlamaq istəməməsi də bəlli deyil. Çünki bu gün Amerikanın, Avropa İttifaqının Ermənistandakı mövqeləri günü-gündən artır və belə olan təqdirdə şübhəsiz ki, Rusiya da bundan geri qalmaq istəmir”.
Bu sözləri ARB24-ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Politoloqun sözlərinə görə, Rusiya rəsmi İrəvanla münasibətləri müəyyən bir səviyyədə saxlamağa çalışır: “Təbii ki, bu, müəyyən vaxtlarda tərəflərin bir-birinə qarşı münasibətlərin soyması ilə müşahidə olunur. Ona görə də Rusiya tərəfi Ermənistana qarşı müyyən təzyiqlər edir. Lakin bu dövlərlər arasındakı iqtisadi, hərbi sazişlərə görünür, o qədər də təsir etməyib. Əslində müasir dövlətlərarası münasibətlər sistemində bu tipli hallar tez-tez yaşanır və bunu həm də müəyyən mənada Rusiyanın Ermənistana dəstəyi kimi də qiymətləndirmək olar”.
Rusiyanın Ermənistana verdiyi yeni sistemə gəlincə, ekspertlər bildirirlər ki, Ermənistanla Rusiya arasında hərbi sahədə birdən çox müqavilələr mövcuddur. Bu müqavilələrin də çoxusu uzunmüddətli nəzərdə tutulub. Belə olan təqdirdə də mövcud silah-sursatların daşınması və yeni sistemlərin Ermənistana verilməsi öncədən imzalanan saziş əsasında razılaşmalarından xəbər verir.
“Keçən il söhbət gedirdi ki, Gümrüdən 3-cü hərbi baza da çıxarılsın. Ancaq Rusiya rəsmilərinin, o cümlədən Lavrovun qəti tələbi ilə bildirdi ki, müqaviləyə əsasən 2044-cü ilə qədər Gümrüdə bizim hərbi bazamız olacaq və ondan sonra mümkün qədər ehtiyatla davranmağa başladı”.
Bu fikirləri politoloq Elşad Həsənov açıqlamasında səsləndirib. Siyasi şərhçi qeyd edib ki, Donald Tramp hakimiyyətə gələndən sonra siyasi müstəvidə dəyişikliklər baş verdi və ondan bu yana Paşinyan Rusiya ilə münasibətləri qurmağa çalışır:” Baxmayaraq ki, Qərbyönümlüdür, o, 9 May paradına getdi, orada iştirak etdi. Baxmayaraq ki, Putin də onu heç saymadı”.
Bütün bu proseslər fonunda Rusiyayönümlü siyasi qüvvələr də səhnəyə qayıdır. Gələn ilin uyun ayında Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir və Moskva bu seçkiləri Paşinyan hökumətinə qarşı siyasi revanş üçün fürsət kimi qiymətləndirir. Məlumatlara görə, Rusiyanın dəstəyi ilə formalaşan bəzi siyasi qruplar artıq aktiv təşkilatlanmaya başlayıb. Məqsəd Paşinyan hakimiyyətini zəiflətmək, parlamentdə Rusiyayönümlü fraksiyanın güclənməsinə nail olmaqdır. Kreml bu seçkiləri yalnız bir daxili siyasi mübarizə yox, həm də Ermənistanın geosiyasi tarixini müəyyən edəcək kritik məqam kimi görürür.
Tahirə AĞAMİRZƏ