28.06.2025, 01:36
AZ EN
20.05.2025, 10:54 285

Bəhruz Məhərrəmov: “Ermənistan Qərbin korrupsiya tunelinin həlqəsinə çevrilib”

YAZILAR
  • Ermənistanda daxil qarşıdurma günü-gündən artır. Rəsmi İrəvan həm Qərbə oynayır, həm də Rusiyaya. Olan isə bu günə qədər “himayədarlarının” əlində alətə çevrilən erməni xalqına olur.  Amma bu bədbəxt millət hələ də özünüdərketmə gücünə malik deyil...

“Əgər söhbət Koçaryan, Sarkisyan cinayətkar cütlüyündən gedirsə,  həmin cütlüyün nəinki Ermənistanda, eyni zamanda keçmiş müttəfiqləri  Rusiyanın özündə də etibarları qalmayıb və onların cinayətkar mahiyyətləri ifşa olunub”.

Bu fikirləri Milli Məclisin deputatı  Bəhruz Məhərrəmov ARB24-ün “İş vaxtı” verilişində regional reallıqların müzakirəsi zamanı səsləndirib.

Millət vəkili bildirib ki, onlar elə bir kanfiqurasiyada Rusiya üçün vacib idilər ki,  həmin konfiqurasiyada Ermənistan üstün idi: “Ermənistan bölgədə Azərbaycan üzərində müəyyən əməliyyat şəraitinə nəzarət edirdi. Azərbaycan əraziləri işğalda idi. Azərbaycanın ərazilərində o zaman separatçı rejim var idi və bütün bunlar Ermənistana hər hansı mövqedən diqtə etmək imkanı verirdi. Bu da Sarkisyan- Koçaryan cütlüyünün cinayətkar əməllərini ən azından ermənilərin gözündə ört-bastır etməyə imkan verirdi. Paşinyan hakimiyyəti devirməklə bu gün onların iç üzünü ifşa edib. İfşa edib ki, onlar oğrulardır, əsgər yeməyini oğurlayan. Onlar cinayətkardırlar, onlar qaniçəndirlər. Bu mənada  Azərbaycanın qələbəsi həm də Ermənistanın özünü o cinayətkar cütlükdən qorumasıya nəticələndi. Onların təsirlərinin aradan qalxmasıyla nəticələndi. Əgər Azərbycan Vətən müharibəsindəki qələbəsindən öncəki dövrə diqqət etsək, bəli, Rusiyanın Köçəryanı, Sarkisyanı və ya kimi isə onların simasında məhz hakimiyyətə geri qaytarmaq imkanı var idi. Bu gün artıq həmin adamların Ermənistanda hər hansı bir dayaqları mümkün deyil, yoxdur”.

Deputat daha sonra əlavə edib ki, əgər Rusiya Paşinyanı bu ssenarilər üzərindən devirəcəksə,  bu, yalnız  başqa bir adam ola bilər. Amma bu da indiki məqamda  real görünmür: “Çünki bir məqama baxaq; Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi kifayət qədər yüksəkdi və yüksələn xətt üzrə gedir. Bu da Rusiyanın sanksiyalarından yayınan məhsullarının satışı və s. bağlıdır. Görünən odur ki, Ermənistan elə qəribə bir orta mövqe tutub ki, ikili standartlardn istifadə etmək üçün ona ikili standartla şərait yaradılıb ki, Ermənistan həm Rusiya ilə oynaya bilir, oynamasına icazə verilir. Ermənistanda müstəqil siyasi iradə yoxdur ki,  şaxələndirilmiş bir siyasət aparsın və eyni zamanda Qərbin maraqlarına cavab verir. Yəni bu gün faktiki olaraq Ermənistan Qərbin  korrupsiya tunelinin hələsinə çevrilib”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər