27.06.2025, 22:24
AZ EN
21.08.2024, 11:56 326

Haylar Zəngəzuru sahibinə qaytaracaq

YAZILAR
  • "Hraparak"ın müxbiri Marianna Qəhrəmanyan bu günkü məqaləsində Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya rəsmi səfərini əsl haylara məxsus paxıllıqdan gələn ifadələrlə "təhlil edib".

Ukrayna ilə müharibənin qızğın çağında V.Putinin iki günlük səfərə çıxmasını düzgün hesab etməyən erməni qadın, görünür, həm siyasətdən, həm də adi etik qaydalardan tam xəbərsizdir. Onun cəfəng cümlələrindən belə çıxır ki, Rusiya kimi güclü dövlətin rəhbəri haraya getməsini, kiminlə görüşüb hansı məsələni müzakirə etməsini Ermənistanın iqtidarı ilə məsləhətləşməlidir. Azərbaycanın bölgədə lider dövlət olması da erməni qadının, belə demək olarsa, canına üşütmə salıb.

O,politoloq Armen Bağdasaryanın fikirlərinə istinad edərək yazıb ki, Azərbaycan Zəngəzur dəhlizini güc hesabına olsa da açacaq, Rusiya isə ona dəstək verəcəkdir. Qadın jurnalist əlavə edib ki, onun qorxduğu digər amil isə Gümrüdəki rus hərbi bazasıdır. Belə ki, əgər hayların Qərbdən, ABŞ-dan gələn silahlı bacıları Ermənistana hərbi dəstək verəcəyi təqdirdə ruslar içəridə döyüşə başlayaraq dinc sakinlərə də güc tətbiq edib, hayların tam tərk-silah olmasını tələb edəcəklər. Bunun baş verməməsi üçünsə yeganə yolun Zəngəzuru boşaldılıb Azərbaycana təhvil verilməsində görən M.Qəhrəmanyan, deyəsən, məqaləsinin sonunda ağırlanma istədiyini göstərmək istəyib. Amma hayların hansısa ağıllı addım atdığı hələ də absurddur.

Nəsib Qaramanlı

Oxşar xəbərlər