“Hər dəfə proseslərdən istifadə edərək həm Ermənistan daxilindəki qüvvələr, söhbət müharibə canilərindən, separatçılardan gedir, həm kilsə, həm də dispor faktiki olaraq eyni zamanda Ermənistanda maraqları olan bəzi dairələr prosesdən istifadə etməyə cəhd göstərirlər”. Bunu mətbuata açıqlamasında siyasi sərhçi Elçin Mirzəbəyli deyib. O, qeyd edib ki, bundan əvvəl də eyni cəhdlərin şahidi olmuşduq: “İndiki şəraitdə həmçinin erməni kilsəsi və diaspor, eyni zamanda bu ölkədə marağı olan qüvələr hesab edirlər ki, delimitasiya, demarkasiya prosesindən istifadə edərək, hər bir qütb, hər bir qüvvə prosesdə öz maraqlarının təmin olunmasına nail ola bilər. Əslində hər kəsin ayrı-ayrılıqda özünün Ermənistan siyasi hakimiyyəti ilə savaşı var. Yəni prinsip etibarilə kilsənin indiki şəraitdə diasporun bəzi nümayəndələri ilə uzlaşsa da, mahiyyət etibarilə onların yarışma tərzində fərqlər də var. Çünki onlar fərqli qütbləri təmsil edirlər”.
E.Mirzəbəyli daha sonra əlavə edib ki, erməni kilsəsi və revanşizm, bunlar iç-içə olan anlayışlardır. Yəni biz tarixə də nəzər yetirsək, görərik ki, erməni millətçi təşkilatlarının yaranması prosesində anasitum kimi iştirak edən məhz Qriqoriyan kilsəsi olub: “Burada “Daşnakstyün” yaranmasına diqqət etmək lazımdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, erməni terror təşkilatlarının formalaşmasında prosesində də kilsə faktiki aktor kimi yol oynayıb. Bu, terrror təşkilatları nə üçün formalaşdırılmışdı? Türk diplomatlarının öldürülməsi üçün, Azərbaycana, ümumilikdə bütün türklərə qarşı mübarizə aparmaq üçün özlərinin qondarma böyük Ermənistan ideyalarını həyata keçirmək üçün. Bu, Beyrutdakı kilsədə formalaşdırılıb ASALA-nın formalaşması prosesini yəqin ki, hər kəs bilir. Bu aspektdən təəccüblü heç nə yoxdur. Yəni biz burada revanşistlərlə, müharibə caniləri ilə qondarma ideyanın guya davamçıları olan cinayətkarlarla kilsəni qətiyyən ayırmalı deyilik”,- deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ