Ermənistan parlamentindəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Hovik Ağazaryanın bu gün "Hraparak"da yayılmış müsahibəsindəki "Türkiyəni əmin edək ki, bizdən qorxmasınlar. Qarsı, Sürməlini, İğdırı geri almaq niyyətimiz yoxdur" sözləri ilə başlığa çıxarılıb. O, jurnalist Lusine Şahverdiyanın Türkiyə ilə Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlərin izahını beynəlxalq normalar və hüquqlar müstəvisində deyil, məhz hay xisləti ilə verib. Ermənistan konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiasının təsbit edildiyini, gerbdə Ağrı dağının göstərildiyininin siyasi deyil, mənəvi əhəmiyyət daşıdığı kimi sərsəm fikirlərini indi də dəstəklədiyini bildirib və həyasızcasına əlavə edib ki, aprelin 5-də keçiriləcək görüşdə bu incəlik barədə də müzakirə aparılacaq. Həmin görüşdə hayların mənafeyinin öndə olacağına diqqət çəkən bu deputat nə Türkiyənin, nə də Azərbaycanın suverenliyini qəbul etmədiyini sətiraltı ifadələrlə də olsa açıqlayır. Sonra isə deyir: "Siz humanitar sahədə ali təhsillisiniz, nə demək istədiyimi, əlbəttə, başa düşür və qəbul edirsiniz. Savadsızlara aşılayın ki, Ermənistan müharibə istəmir. Müharibə istəyənlər onlardır. Biz isə dostların dəstəyinə inanırıq".
Başdan başa hiyləgərlik dolu olan bu müsahibəni geniş şərh etmədən də belə qənaət yaranır ki, haylara inanmaq mümkün deyil. O ki qaldı deputatın - "Türkiyə və Azərbaycan qorxmasınlar"- sözünə, tarix dəfələrlə təsdiqləyib və bəzi ermənilər də etiraf edib ki, Türk qorxaq deyil, əksinə ermənilər bir-birini məhz "Türk gəldi!" sözü ilə qorxudurlar. Çünki zəfər Türkün qanındadır!
Nəsib Qaramanlı