05.08.2025, 09:29
AZ EN
23.06.2023, 15:18 476

Sabiq baş diplomat başını itirib

YAZILAR

"Müstəqil" Ermənistanın ilk xarici işlər naziri Raffi Hovanesyan bir az öncə keçirdiyi brifinqdə bildirib ki, erməni diplomatiyası özünün tənəzzül dövrünü yaşayır. 90-cı illərin əvvəllərində Amerikadan İrəvana köçən və erməni ədəbi dilini hələ də yaxşı bilməyən bu özündən razı erməni bildirib ki, guya 110 il əvvəl Naxçıvan əhalisinin mütləq əksəriyyəti erməni olub və həmin bölgə qeyri- qanuni olaraq Azərbaycanın tərkibinə qatılıb. Azərbaycan isə ermənilərin oradan son nəfərədək qovub çıxarıb. Öz fəaliyyəti dövründə guya  düzgün siyasət aparıldığını da lovğalıqla bəyan edən bu diplomatiya və tarixdən bixəbər erməni vaxtilə Paşinyanla birgə mübarizə apardıqlarını elə ifadələrlə deyib ki, guya o, olmasa idi Paşinyanın komandası 2018-ci ildə inqilab edə bilməzdi.

Əgər diplomatik gedişlər edilməsə ermənilərin Qarabağdan da tam çıxacağını indidən gördüyünü deyən Raffinin bu fikri isə reallığa tam uyğundur. Belə ki, ermənilərin siyasi hoqqabazlıq etmələrinin öz başlarında yumruğa dönməsi barədə çoxsaylı tarixi faktlar vardır. Ona görə də onlar reallığı qəbul edib Azərbaycanın yolunda daş-kəsmək olmağa son qoymalıdır.

N.Qaramanlı

Oxşar xəbərlər