O deyib: “Mən Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini Vaşinqtonda BMT Baş Assambleyasında və komandalarımız arasında sonrakı danışıqlarda başladığımız çox səmərəli dialoqu davam etdirdiklərinə görə təbrik edirəm”.
Səfirin sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin bir masa arxasında əyləşməsi, ilk növbədə, onların bir-birilərini anlamasına və fikir mübadiləsi etmələrinə böyük imkandır. “Biz çox şadıq ki, xarici işlər nazirlərinin dünən Vaşinqtonda görüşü olub. Bu görüş onların dəyişən fikirlərini müzakirəyə çıxarmalarında, iki ölkə arasındakı sabitliyin qorunmasında və biri-birilərini qəbul etməsində mühüm əhəmiyyət kəsb edir. Bu isə tarixdə çox vacib məqamdır”, - deyə Kelli Deqnan vurğulayıb. (AZƏRTAC)