04.08.2025, 15:46
AZ EN
27.07.2025, 15:31 124

Türkiyənin bunkerləri deşən “Hayalet” bombası dünyada əks-səda doğurub, ABŞ istehsalından təsirlidir

XƏBƏRLƏR
  • ABŞ-ın bunkerləri deşə bilən və yeraltı obyektləri hədəf alan bombaları, İranın nüvə obyektlərinə atılan 6 tonluq MOB bunkeri deşən silahlar neçə vaxtdır ki, dünya gündəmini zəbt edib.

“Milliyet” qəzeti bildirir ki, hazırda Türkiyənin IDEF 2025 sərgisində təqdim etdiyi “HAYALET-2” bombası isə gündəmi yeniləyib.

Bunker deşən bombalar, indiyə kimi, İranda yeraltı nüvə obyektini vura biləcək dünyadakı yeganə bomba kimi tanınırdı.

Türkiyənin müdafiə sənayesi sərgisində nümayiş olunan “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4” ballistik raketi kimi yeni müdafiə texnologiyaları ilə yanaşı, “HAYALET-2” bunker deşici bomba da dünya mediasında geniş əks-səda doğurub. (APA)

Oxşar xəbərlər