Ukraynada humanitar dəhlizlər vasitəsilə ötən gün 5 minə yaxın insan təxliyə edilib. Bu barədə Ukrayna Baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.
"Bu gün 4 892 nəfər təxliyə edilib", - Vereşçuk teleqram kanalında yazıb. Onun sözlərinə görə, Mariupoldan 1 171 nəfər, Poloq, Vasilyevka, Berdyansk, Melitopol və Qulyaipoldan isə 2 515 nəfər öz avtomobilləri ilə Zaporojyeyə gəlib. Həmçinin Lisiçansk, Severodonetsk, Rubijne, Kremennaya və Luqansk vilayətində yerləşən Qornoye kəndindən 1 206 nəfər təhlükəsiz əraziyə köçürülüb. ("Report")