- İrəvanda baş verən qarşıdurmalar media sahəsində də get-gedə şiddətlənir. İyunun 10-da Ermənistan milli təhlükəsizlik xidmətinin 4 əməkdaşı «MediaYerkir» teleşirkətinin baş direktoru Baqrat Yesayanın iş otağına gələrək orada bir az «axtarış» etdikdən sonra qolunu qandallayaraq şöbəyə aparıblar. Baş direktorun vəkili Vaçe Yerikyan jurnalistlərə bildirib ki, B.Yesayana cinayət məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb.
O, həmçinin xatırladıb ki, «MediaYerkir»in baş redaktoru 44 günlük müharibə dövründə Ermənistanın rəsmi açıqlamaları ilə üst-üstə düşməyən informasiyalar yaydığına görə bir neçə gün həbs olunmuş, sonra isə cinayət işinə xitam verilmişdi. O, Baqrat Yesayanın həmin hadisədən bir il yarımdan da çox keçəndən sonra yada düşməsinin və həbsinin siyasi sifariş olduğunu da vurğulayıb.
Nəsib Qaramanlı