27.06.2025, 20:59
AZ EN
05.11.2022, 18:15 403

Fəxriyyə Xələfova: Kolleksiyamın adını “Qarabağ şahzadəsi” kimi təqdim etmişəm

XƏBƏRLƏR
  • Bir çox mədəniyyət və təhsil ocaqlarında Zəfər Günü ilə əlaqədar müxtəlif mədəni tədbirlər keçirilir. Möhtəşəm qalibiyyətimizdən sonra yaradıcı insanların qəlbində 30 ildir gözlənilən bir ilham mənbəyi yarandı. Bu ilham mənbəyində Qarabağ və onun əsrarəngiz təbiətinin gözəlliyi, qədim milli-mədəni dəyərləri, eləcə də Qarabağın qədim geyim mədəniyyəti öz əksini tapıb.

Bu sözləri “Qələbəmizin mədəniyyət salnaməsi” adlı ədəbi-bədii tədbir zamanı rəssam-modelyer, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova deyib.

“Bu sərgilərdə və nümunələrdə yaradıcı insanların Qarabağ mövzusunu öz qəlbində əsas ilham mənbəyi tutaraq gözəl sənət əsərləri, sənət nümunələri yaratdıqlarını görürük. Dəb istiqaməti olmağına baxmayaraq, mən öz yaradıcılığımda, kolleksiyalarımda Qarabağ mövzusunu əks etdirdim. Kolleksiyamın adını “Qarabağ şahzadəsi” kimi təqdim etmişəm. Bu libaslarda həmçinin Xarıbülbül çiçəyinin və Şuşa qalasının tekstil çapını işləyib hazırladım. Həmçinin Qarabağ kəlağayılarının qədim rənglərini bərpa etməyə çalışmışam. Ümumiyyətlə bu mövzu yaradıcı insanlar üçün bir çox illər əsas mövzu kimi qalacaq. Hələ gələcəkdə bir-birindən maraqlı, cəlbedici və heyrətamiz işlər təqdim olunacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər