Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Mərkəzin guşəsində Azərbaycan mədəniyyəti, tarixi və dövlətçiliyinə dair nəşrlər, həmçinin özbək dilində çap olunmuş kitablar təqdim olunub. Bununla yanaşı, Azərbaycan sənətkarlarının hazırladıqları suvenirlər, əl işləri, xalçalar və digər məhsullar da nümayiş etdirilib.
Sərgidə həmçinin Bakıdan gəlmiş xalçaçı rəssam, miniatür ustası Ağasadıq Süleymanovun əsərləri təqdim olunub. Ziyarətçilər Azərbaycan Mədəniyyət Mərkəzinin guşəsi ilə tanış olaraq milli mədəniyyətimizi əks etdirən nəşrlər və sənət nümunələri ilə yanaşı, şəkərbura, paxlava və digər milli şirniyyatlarımızdan da dadıblar.
Tədbirlərdə dünyanın 70 ölkəsindən gələn sənətkarların əl işləri nümayiş etdirilib.