Tədbirdə dövlət və özəl qurumların, eləcə də ictima sektorun nümayəndələri, aktyorlar, rejissorlar iştirak ediblər.
Film 44 günlük Vətən müharibəsinə həsr olunub və “Baku” TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbər Nəsirovun həyat hekayəsini təsvir edir.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.
“Söz” sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition mükafat qazanıb.
Film həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub. (Report)