06.08.2025, 08:05
AZ EN
05.05.2025, 14:50 335

Adil İsgəndərovun anadan olmasının 115 illiyi ilə bağlı virtual sərgi hazırlanıb

XƏBƏRLƏR
  • Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, milli teatr və kino sənətinin inkişafında mühüm rolu olan, böyük aktyor nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərmiş Adil İsgəndərovun (1910–1978) anadan olmasının 115 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Adil İsgəndərovun həyat və yaradıcılığı, təltif və mükafatları, teatr və kino sənətinin inkişafı üçün göstərdiyi xidmətləri haqqında məlumat verilib.

Kitabxananın saytında https://ryl.az/multimedia/adil-isgenderov-115  linkində yerləşdirilən virtual sərgidə Adil İsgəndərovun “Arxadan vurulan zərbə”, “Qanun naminə”, “Axırıncı aşırım” və s. filmlərdə yaratdığı obrazları haqqında məlumatlar, çəkildiyi “Uzaq sahillərdə”, “Dərviş Parisi partladır” kimi filmlərdən fraqmentlər yer alıb.

Sərgidə Adil İsgəndərov haqqında kitabların qısa annotasiyası, eləcə də “Sənət naminə...”, “Adil İsgəndərov kadr arxasında” və s. kimi dövrü mətbuatda çap olunmuş məqalələr təqdim olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər