Bu sözləri Fransanın Qurji-lö-Şato icmasının meri Lu Bomiye mayın 21-də Şuşa ilə tanışlıq zamanı deyib.
Fransada dağlıq bölgələrə o qədər də maraq göstərilmədiyini vurğulayan Lu Bomiye bildirib: “Azərbaycanda dağlıq ərazilər, gözəl məkanlar qiymətləndirilir, dəyəri bilinir. Bu, çox müsbət haldır. Şuşaya gəldikdən sonra bu ərazilərin Azərbaycan üçün niyə bu qədər böyük əhəmiyyət kəsb etdiyini anladım. Çünki ölkənin görkəmli mədəniyyət xadimləri burada doğulublar. İndi başa düşürəm ki, bu ərazilər nə üçün Azərbaycan üçün vacibdir və bu ərazilərin geri qaytarılmasına bu qədər önəm verilirdi”. (AZƏRTAC)