27.06.2025, 19:31
AZ EN
16.01.2023, 14:16 348

AVMVİB-nin Zəngilan rayon şöbəsinin üzvləri tərəfindən Şəhidimiz anılmışdır

XƏBƏRLƏR

1969-cu il yanvar ayının 15-də Şahməmmədov Yanvar Famil oğlu Zəngilan rayonunun Nüvədi kəndində anadan olub. 1982-ci ildə Bartaz kənd orta məktəbini bitirərək həqiqi hərbi xidmətə çağırılıb. Bir müddət işlədikdən sonra 1992-ci ilin mart ayında torpaqlarımızın müdafiəsi üçün Milli Orduda xidmətə başlayıb. Zəngilan rayonu uğrunda gedən döyüşlərdə müxtəlif ərazilərdə döyüş yolu keçib. Onun arzusu Vətəni qorumaq, onun düşmən tapdağına düşməsinə imkan verməmək idi. Məhz ona görə də canını belə əsirgəmədən ən çətin yerlərə can atırdı. Düzdür, uzun yol keçməyib, lakin bu müddət ərzində igidlik göstərməyi bacarıb, döyüş dostlarının rəğbətini qazanıb, onların sevimlisinə çevrilib və 1992-ci il 16 sentyabrda doğma yurd uğrunda gedən vuruşmalarda qəhrəmancasına həlak olub. Qəbri Bartaz kənd qəbristanlığında olan Yanvar həmişə yad edilib, doğmaları, döyüş dostları və AVMVİB-nin Zəngilan rayon şöbəsinin üzvləri tərəfindən anılıb. Allah rəhmət eləsin.

İsa Musayev

Oxşar xəbərlər