28.06.2025, 16:52
AZ EN
23.12.2022, 19:10 280

Dövlət Komitəsinin sektor müdiri ictimai müzakirədə iştirak edib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev dekabrın 23-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün keçirilən ictimai müzakirədə iştirak edib.

İctimai müzakirə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının (Ombudsman), Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın məsul əməkdaşları, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirakı ilə keçirilib.

İctimai müzakirə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin təşviq edilməsi, ictimai həyatın bütün sahələrində cəmiyyətdə qaldırılan məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olunması məqsədi daşıyıb. 

Müzakirədə çıxış edən K.Ağaməliyev Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, məcburi köçkünlərlə işin xüsusiyyətləri, həmçinin Byük Qayıdışa hazırlıq məsələləri barədə QHT təmsilçilərini məlumatlandırıb, onların suallarını cavablandırıb.

Oxşar xəbərlər