17.04.2026, 17:10
AZ EN
13.04.2026, 12:53 241

Emil Şolan Kəlbəcərdə icraçı direktor oldu

XƏBƏRLƏR
  • Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsinə təyinat olub.

"Vətən səsi" xəbər verir ki, Xidmətin Müşahidə Şurasının qərarı ilə həmin vəzifəyə Emil Fərhad oğlu Şolan təyin olunub. O, buna qədər Xidmətin icraçı direktorunun müavini, daha əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində icraçı direktorun müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, Emil Şolan tanınmış cərrah-uroloq və transplantoloq Rəşad Şolanın qardaşıdır.

Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixli fərmanı ilə yaradılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər