Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 10 dekabr 2025-ci il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən rayonun Qara İlyasov adına Qubadlı şəhər-1 saylı tam orta məktəbində keçirilib.
Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak ediblər.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olunub. Bəzi məsələlər üçün müvafiq izahatlar verilib. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildiriblər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.
Qəbul vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi və onların problemlərinin daha effektiv həlli baxımından əhəmiyyətli olub.
Tahirə AĞAMİRZƏ