Bu sözləri açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Namaz Həmzəyev söyləyib.
O deyib: "Bu gün geri dönməyimizin əsas səbəbkarları şəhidlərimiz və qazilərimizdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində bu gün biz yenidən öz yurdumuza qovuşuruq və 33 illik həsrətə son qoyulur".
Keçmiş məcburi köçkün bu qayıdış üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Dövlətimiz daim var olsun, sağlam və firavan olsun. Onlar hər zaman bizimlə olub, bizi tək qoymayıblar. Bu gün isə yeni evlərimiz, yeni kəndimiz və gözəl yaşayış mühitimiz var". (AZƏRTAC)