17.12.2025, 03:41
AZ EN
26.11.2025, 16:46 212

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Respublika Veteranlar Təşkilatında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, polkovnik Cəlil Xəlilovun müəllifi olduğu “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib.

Tədbirdən öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Varis Yolçuyev kitabın dünənimiz, bu günümüz və gələcəyimiz baxımından önəmini şərh edib.

Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev bildirib ki, Prezident İlham Əliyevin müharibə və post-müharibə dönəmindəki fəaliyyətindən bəhs edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar yer alıb. Bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi vacibdir.

Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru Əmir Əliyev, yazıçı-publisist Şərəf Cəlilli, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elnur Əliyev, Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri Zərifə Quliyeva və “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov çıxışlarında qeyd ediblər ki, gənc nəsil müasir biliklərə yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, Vətənin maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır. Natiqlər kitabın tarixi-siyasi önəminə diqqət çəkib, nəşrin cəmiyyətdə maraqla qarşılanacağını əminliyini vurğulayıblar.

Sonda çıxış edən polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər