Bu sözləri Tərtərdə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Nərminə Hüseynova deyib.
“Qarabağ torpağı bizim üçün əzizdir, müqəddəsdir. Onu müqəddəs edən həm də üzərinə tökülən şəhidlərin qanıdır. Biz şəhidlərimizi daim hörmətlə anır, onlara Allahdan rəhmət diləyirik”, - deyə Ağdərə sakini bildirib. (AZƏRTAC)