27.06.2025, 05:34
AZ EN
11.10.2022, 12:44 703

Tarix Muzeyində şəhid Teymur Məcidzadəyə məxsus materiallar qorunur

XƏBƏRLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid baş leytenant Teymur Məcidzadəyə məxsus kitel, şalvar, bloknot, saat, fotoşəkillər və sənədlər qorunur.

Bu barədə  muzeydən məlumat verilib.

Teymur Məcidzadə 1992-ci ildə Füzuli rayonunda anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alıb.

T.Məcidzadə 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda döyüşlərdə fədakarlıq və igidlik nümunəsi göstərib və noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

AZƏRTAC

Oxşar xəbərlər