27.09.2025, 04:19
AZ EN
23.08.2025, 09:21 116

Füzulidə yanğın törədən şəxs saxlanılıb

XƏBƏRLƏR
  • Avqustun 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Bildirilib ki, həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb. (Trend)

Oxşar xəbərlər