Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aksiya avqustun 31-dək hər gün saat 13:00-dan 20:00-dək davam edəcək.
Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi üçün həyati vacib olan qan və qan komponentlərinin toplanmasıdır. Qan donorluğu vasitəsilə hər bir vətəndaş bu uşaqların sağlam gələcəyi naminə dəyərli töhfə verə bilər.
Qanvermə prosesi tam təhlükəsizdir və tibbi normalara uyğun həyata keçirilir. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən müayinə edilir, yalnız qanverməyə yararlı şəxslər aksiyaya cəlb olunurlar.
“Respublika Qan Bankı bütün vətəndaşları bu xeyirxah missiyaya qoşulmağa çağırır – sizin bağışladığınız hər qan bir uşağın həyatına işıq saçır!”, - deyə məlumatda vurğulanıb. (AZƏRTAC)