05.08.2025, 16:24
AZ EN
17.07.2025, 08:52 209

Cəbrayıl Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib

XƏBƏRLƏR
  • Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında Cəbrayıl rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib.

Tədbirdə icra başçısı Kamal Həsənov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, şöbə müdiri Rafiq Rzayev, icra hakimiyyəti aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ağsaqqalları, ziyalılar və ictimaiyyət nümayəndələri iştrak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Şuranın üzvləri gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat maarifləndirmə tədbirlərində yaxından iştirak edirlər.
Hesabat məruzəsi ətrafında çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvü Musa Quliyev, Cəbrayıl rayon DAİM-nin direktoru Şahin Şirinov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, yazıçı, şair və publisist Əlirza Xələfli və Cəbrayıl şəhər sakini Rasim Fərzəliyev şuranın illik fəaliyyətini müsbət dəyərləndirmiş və ölkəmizdə milli-mənəvi dəyərlərimizin, o cümlədən ağsaqqallıq ənənələrinin inkişaf tarixinin başlanğıcının məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, ağsaqqalların cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi çıxış etdiyini, insanların nizam-intizama dəvət edilməsində əsas söz sahibi kimi ağsaqqal sözünə, öyüd-nəsihətlərinə böyük hörmətlə yanaşıldığını diqqətə çatdırıblar.
Respublika Ağsaqqallar Şurası sədr müavini Bayram Yusifov çıxış edərək Cəbrayılda rayon ağsaqqallarının rayon rəhbərliyi ilə sıx əməkdaşlığından məmnunluğunu ifadə edib. Sədr müavini ölkəmizdə bütün sahələrdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların daha yaxından iştirak etməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda 75 illik yubileyi, uzunmüddətli, səmərəli əmək fəaliyyətlərinə görə rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmova Respublika Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı tədqim edilib.

Mina RƏŞİD

Oxşar xəbərlər