27.06.2025, 01:41
AZ EN
20.05.2025, 13:18 234

İşğaldan azad olunmuş ərazilərdə heyvan xəstəliklərinə qarşı biotəhlükəsizlik tədbirləri gücləndirilir

XƏBƏRLƏR
  • “Onu qeyd edək ki, ölkəmizdə hazırda çox məhdud sayda  heyvan mənşəli məhsullar  ixrac olunur və qarşımızda duran hədəflər ondan ibarətdir ki, həm ixrac olunan məhsulların sayını, həm də  ixracatın coğrafiyasını genişləndirək”.

Bu sözləri İctimai Televiziyaya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, Respublikanın Baş Dövlət Baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib. 

O, bildirib ki, buna görə də ölkədaxilində “Xəstəlikdən azad zona”ların yaradılmasına zərurət yaranmışdır: “Onu da qeyd edək ki, 2024-cü ildə respublikamız xırdabuynuzlu heyvanların taun xəstəliyindən və  yüksək padagen quş qripindən azad ölkə kimi Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı tərəfindən  təsdiqləndi və bu  təşəbbüslər də davam edir. Növbəti işin, yəni heyvan “Xəstəliklərindən azad zona”lar yaratmaq üzərində işlər gedir. Nəzərdə tutulur ki, iki  istiqamətdə, bunun biri  Şərqi Zəngəzur və  Qarabağ İqtisadi rayonlarında işğaldan yeni azad olunmuş ərazilərdə, ikinci istiqamət isə bütövlükdə Naxçıvan Muxtar Respublikasından ibarətdir. Şərqi Zəngəzur və Qarabağ  İqtisadi rayonlarında  “Xəstəlikdən azad zona”  Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının ərazisində  taun, Füzuli, Xocavənd və Laçın rayonlarının ərazisini qismən əhatə edəcək. Naxçıvan Muxtar Respublikası isə bütövlükdə götürülərək bu zonaya daxil olacaq”.

Qalib Əbdüləliyev daha sonra onu da qeyd edib ki, beynəlxalq tələblərə görə,  “Xəstəlikdən azad zona”nın sərdhədləri, ya təbii sərhədlər, məsələn, çaylar, dağlar, çətin keçilən yerlər olmaqla, eyni zamanda dövlət sərhədləri də ola bilər: “Bu nöqteyi-nəzərdən biz Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının ekspertləri ilə  ilkin müzakirə apararaq, bu ərazilərin  zona kimi formalaşdırılması məqbul hesab edilmişdir. Hazırda prosedurlara başlanılmışdır və bunun ilkin şərtlərindən biri ondan ibarətdir ki, həmin zonalarda saxlanılan heyvanlar, heyvandarlıq təsərrüfatları qeydiyyata götürülməlidir, heyvanlar identikləşdirilərək heyvanları identkasiyası sistemində uçota alınmalıdır və izlənmə tədbirləri həyata keçirilməlidir.

Onu da  qeyd edim ki, xəstəlikdən “Azad zona” dedikdə ölkəmiz üçün daha çox  risk təşkil eləyən dabaq xəstəliyi nəzərdə tutulur. Burada ilkin mərhələdə dabaq xəstəliyindən peyvəndləmə aparılmaqla “azad statusu”nun alınmasına nail olunacaq. Növbəti mərhələdə isə bu təcrübənin digər rayonlarda genişləndirilməsidir ki, tamamilə ölkəmiz xəstəlikdən azad olunsun”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər