27.09.2025, 12:28
AZ EN
18.05.2025, 12:08 169

Bu gün qəhrəman şəhidimiz Təhmasib Qarayevin doğum günüdür

XƏBƏRLƏR
  • Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də  Azərbaycan Ordusunun Xüsusi Təyinatlı şavuşu Təhmasib Qarayevdir.

Təhmasib Hikmət oğlu Qarayev 1996-cı il mayın 18-də Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub.

2003-cü ildə M.Ə.Sabir adına Kəbirli kənd tam orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbi 2013-cü ildə bitirdikdən sonra Sumqayıt Dövlət Unversitetinin İqtisadiyyat və İdarəetmə fakultəsinə daxil olub. 2017-ci ildə həmin Unversiteti bitirdikdən sonra  müddətli həqiqi hərbi xidmətə yollanıb və XTQ tərkibində xidmət etməyə başlayıb, daha sonra isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında qalmağa qərar verib. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 22 oktyabr tarixində Qırmızı Bazar istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Təhmasib Qarayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Nurlar içində uyusun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər