10.08.2025, 13:52
AZ EN
02.04.2025, 08:21 255

Keçmiş məcburi köçkün: Ağdamda yaşayacağıma çox sevinirəm

XƏBƏRLƏR
  • Doğma elimiz, Ağdamda yaşayacağıma çox sevinirəm.

Bunu Ağdam rayonunun sakini Kənan Cəfərov deyib.

Onun sözlərinə görə, Ağdamı indiyə qədər daha çox kadrlar, şəkillər, xəritələrdən izləmişəm. Torpaqlarımız düşmən işğalından azad edildikdən sonra hər zaman öz yurduna qayıtmağı arzulayıb.

"Allah şəhidlərimizi rəhmət eləsin, biz onları qanı bahasına əmin-amanlıqla öz yurdumuza qayıdırıq. Biz orada yaşamalıyıq və buna görə şəhidlərimizə borcluyuq. Bəzilərinin düşüncəsinin əksinə olaraq, məncə qayıdaraq öz torpağımızda yaşamaq çətin olmayacaq. Özüm tibb işçisiyəm. Ağdamda bu sahədə işləmək niyyətindəyəm", - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər