Bu barədə jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.
O bildirib ki, dövlətimizin başçısının dediyi kimi “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”. “Bu ailə çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələri ilə əlaqələrin genişləndirilməsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin prioritetlərindən biridir. Əminəm ki, bugünkü forum da bu prioritetlərə xidmət edəcək”, - deyə Aygün Əliyeva bildirib. (AZƏRTAC)