Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncağı zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.
Akademiyada geniş miqyaslı struktur islahatlarının aparıldığını bildirən AMEA prezidenti Azərbaycan dövlətinin inkişaf strategiyasına və milli prioritetlərinə uyğun olaraq, ayrı-ayrı elmi tədqiqat institutlarında bir sıra şöbələrin yaradıldığını, oxşar şöbələrin birləşdirildiyini söyləyib. (AZƏRTAC)