27.06.2025, 06:15
AZ EN
20.12.2024, 10:55 300

Bu gün şəhid Ayaz Abasovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Abasov Ayaz Nizami oğlunun doğum günüdür. O, 20 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. 2017-ci ildə ordu sıralarına çağırılıb və Daxili qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.

Xidmətini başa vurduqdan sonra Daxili Qoşunların Xüsusi Təyinatlı dəstələrinin birində müddətdən artıq Vətənə xidmətə başlayıb.

Ayaz Abasov 27 Sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qoşulub. O, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərərək oktyabrın 3-də qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər