Tədbiri giriş sözü ilə açan QAİ İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın fəaliyyəti haqda ümumi məlumat verdikdən sonra bildirib ki, Lök kəndi, burada yaşananlar barədə geniş ictimaiyyəti məlumatlandırmaq çox vacibdir.
Əziz Ələkbərli qeyd edib ki, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik təmizləmə siyasətinin qurbanı olduğu hadisələrin və son əsrdə Qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi faktlarının bu filmdə yer alması gənclərimizin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında mühüm rol oynayır.
Sonra Mığrı rayonunun Lök kəndinə həsr olunmuş “Qərbi Azərbaycan Elləri: Lök kəndi” filminin nümayişi olunub.
Mığrı rayon İcmasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Fikrət Əliyev filmlə bağlı fikirlərini bölüşüb.
Çıxış edən Lök kənd sakinləri filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirərək doğma kəndləri barəsində xatirələrini paylaşdılar.
Tahirə AĞAMİRZƏ