Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birlikdə təşkil etdiyi çempionatda ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edib.
Çempionatın əsas məqsədi gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etməkdən, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılaraq inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.
Yarışın sonunda hər rayon üzrə qalib komandalar Fəxri Fərmanla təltif olunublar.
Tahirə AĞAMİRZƏ