Bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar". (Report)