Bu barədə XİN-dən məlumat verilib.
Bəyanatda Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqların təşviqinə yönəlmiş "Bakı Prosesi" və "Peace4Culture" kimi qlobal təşəbbüsləri işıqlandırılıb.
Həmçinin Azərbaycanın COP29 Sədrliyi gündəliyinə dinlərarası dialoq komponentini, o cümlədən Bakıda COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin keçirilməsini necə inteqrasiya etdiyi qeyd olunub.
Nazir müavini həmçinin İKT-yə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirici görüşündə və Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələrin Xarici İşlər Nazirlərinin İllik İclasında iştirak edib. (Report)