Bu sözləri noyabrın 14-də Laçına yola düşən keçmiş məcburi köçkün, rayon sakini İmarət Rüstəmova deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şanlı Qələbə qazandığını vurğulayan keçmiş məcburi köçkün əlavə edib: “Ordumuz öz gücünü döyüş meydanında göstərdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində biz artıq öz elimizə uzun illərdən sonra geri dönürük”. (AZƏRTAC)