27.06.2025, 05:49
AZ EN
06.11.2023, 17:42 266

Qarabağda torpaq islahatına hazırlıq gedir

XƏBƏRLƏR

"Azad edilən ərazilərdə torpaq islahatı ilə bağlı müzakirələr gedir".

"Vətən səsi" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu - görülmüş işlər və çağırışlar" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib. O, artıq bununla bağlı hazırlıqlara başlandığını və yaxın zamanlarda bu istiqamətdə uğurlu işlərin görüləcəyinə inandığını söyləyib.

Emin Hüseynov sonda Qarabağ iqtisadi rayonunda görülən işlərlə bağlı müvafiq qurumlara, xüsusilə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi və Kənd Təsərrüfatı nazirliklərinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təşəkkür edib.

Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə torpaq islahatına - kənd rəsərrüfatı məqsədli torpaqların dövlət, bələdiyyə və xüsusi mülkiyyət üzrə bölüşüdütülməsinə 1996-cı ildən başlanıb. Həmin dövrdə Azərbaycan ərazilərinin 20 faizə qədəri işğal altında olduğundan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bir hissəsində torpaq üzərində mülkiyyət hüquqlarını təsbit etmək mümkün olmayıb. 

Elxan SALAHOV

Oxşar xəbərlər