28.06.2025, 15:28
AZ EN
16.10.2023, 10:23 345

Füzulidə Ulu Öndərin xatirəsinə rəsm sərgisi açılıb

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyətinin və Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Horadiz şəhəri Muğam Mərkəzində “Rənglərin sehrində” adlı rəsm sərgisi təşkil edilib.

Sərgidə Füzuli RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həvəskar və dərnək üzvü olan rəssamların sərgidə 50-dən çox peyzaj, portret janrında olan, eləcə də naturadan çəkilmiş rəsm əsərləri nümayiş olunub. Sərgiyə baxış zamanı yağlı boya ilə kətan üzərində və şəffaf şüşə üzərində çəkilmiş rəsmlər xüsusi maraqla qarşılanıb.

Mina RƏŞİD

Oxşar xəbərlər