28.06.2025, 16:47
AZ EN
15.09.2023, 15:00 541

“Beynəlxalq Zəngəzur” adlı elmi konfrans təsis edilib

XƏBƏRLƏR
  • Məlumat üçün bildirək ki, bir müddət əvvəl Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi tərəfindən “Beynəlxalq Zəngəzur” adlı elmi konfrans təsis edilib.

Konfrans ilk dəfə sentyabrın 26-da reallaşacaq. Bu barədə Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov “Vetensesi.az”a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, “Beynəlxalq Zəngəzur” konfransının əsas özəlliklərindən biri ondan ibarətdir ki, burada əsas istiqamətimiz Zəngəzurun tanıdılması, beynəlxalq səviyyədə elmi araşdırmaların  ortaya qoyulması, yəni müxtəlif ölkələrin elm adamlarının bu sahədə apardığı işlərin öyrənilməsini, əhatə edir: “Eyni zamanda, təbii ki, Azərbaycanın apardığı regional və qlobal siyasəti ilə bağlı bəzi tezislərin  də orda yer alacağı qənaətindəyik. Məqsədimiz Zəngəzurun Azərbaycanın əzəli və əbədi tarixi torpaqları olması ilə bağlı  tarixi həqiqətləri   faktlar, sübutlar üzərində dünya ictimaiyyətinə çatdırmaqdır. Əlbətə ki, bu sahədə ən güclü silahımız elmi vasitələrdən daha çox istifadə etmək, elm adamlarının bu sahə ilə bağlı dəyərli elmi vəsaitlərinin işıqlandırılmasına nail olmaqdır. Bu baxımdan bu konfransın çox önəmli bir konfrans kimi yadda qalacağını hesab etmək olar. Reallaşacaq “Beynəlxalq Zəngəzur” konfransında əsas diqqət Zəngəzurun siyasi, iqtisadi, tarixi, sosioloji istiqamətlərdə əhəmiyyətinin öyərnilməsinə və gələcəkdə geosiyasi reallıqların bu yolda elmi izahın verilməsinə yönələcək”.

Qeyd edək ki, konfransda həm Azərbaycan, həm də dünyanın müxtəlif ölkələrinin nümayəndələri iştirak edəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər