27.06.2025, 18:12
AZ EN
07.09.2023, 16:11 272

Azər Qocayev şəhid ailəsini ziyarət edib

XƏBƏRLƏR
  • Bu gün Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev RİH aparatının məsul əməkdaşları ilə birlikdə Vətən müharibəsi şəhidi Hüseynov Mirzə Xəlifər oğlunun ailəsini ziyarət edib. İcra başçısı Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyəndən sonra M.Hüseynovun keçdiyi şərəfli döyüş yolundan söz açaraq bildirib ki, onun kimi oğullarımız daima qəlblərimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı onlarla qürur duyaraq şəhidlərimizin xatirəsinin hər zaman əziz və uca tutacaqdır.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Azər Qocayev həmin qələbənin qazanılmasında Hüseynov Mirzənin də payı olduğunu bildirib və əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Şəhid ailəsinin qayğıları ilə maraqlanan rayon rəhbəri vurğulayıb ki, dövlət səviyyəsində şəhid ailələri, qazilərimiz və müharibə veteranları hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunurlar.

Şəhidin həyat yoldaşı Leyla Hüseynova bildirib ki, Kəlbəcər RİH şəhid ailələrini unutmur. O, M. Hüseynovun Vətən müharibəsində savaşaraq qəhrəmancasına şəhid olduğunu və hər zaman onunla fəxr etdiyini söyləyib. Sonda o ailəsi adından şəhid ailələrinə göstərilən qayğıya və ehtirama görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Mina RƏŞİD

Oxşar xəbərlər