27.06.2025, 21:07
AZ EN
16.08.2023, 08:09 257

İradə Həsənova: Laçın həsrətimiz otuz ildən sonra bitir, qarşımızda yeni səhifələr açılır

XƏBƏRLƏR
  • Bu gün Laçın həsrətimiz otuz ildən sonra bitir. Uzun zaman keçsə də, hazırda həmin günlər geridə qaldı. Bundan sonra qarşımızda yeni səhifə açılır.

Bu sözləri doğma yurduna qayıdan Laçın sakini İradə Həsənova öz təəssüratlarını bölüşərək deyib.

Laçına köçən sakin bildirib ki, onun övladı Laçından gələndə altı aylıq idi. Sabah isə onun ad gününü Laçında qeyd edəcəklər: “Bu, çox xüsusi gündür.

Bundan sonra Laçının gözəlliyini görüb, orada yaşayacağıq. Prezident İlham Əliyevə bizə yaratdığı şərait üçün təşəkkür edirik”. (AZƏRTAC)

Oxşar xəbərlər