Bunu sözləri Şuşa həbsxanasında ermənilərin əsirliyində olan Həbib Kazımov deyib.
Onun sözlərinə görə, əsir yoldaşları vəhşicəsinə öldürülərək həbsxana ərazisində basdırılıb: "1992-ci ildə Qubadlı rayonunda kəllə-beyin nahiyəmdən yaralanaraq əsir düşmüşəm. 1 il 9 ay Şuşa həbsxanasında əsirlikdə qalmışam. Əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burda basdırılıb. Bir sözlə, bu həbsxanada ermənilər azərbaycanlılara çox əzab-əziyyət verdi. O vaxt həbsxananın həyətində su hovuzu su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra gətirib hovuzun içinə atırdılar. Burada əsirləri öldürüb, meyitlərin donuzlara yedirirdilər. Hətta bir əsrimizi burda asmışdılar. Gördük ki, onu asıblar və donuzlar aşağıdan yuxarıya doğru ağızları çatana qədər onun meyitini yeyirlər...” (APA)