29.06.2025, 06:52
AZ EN
24.05.2023, 18:16 366

Vətən sevgisi belə olur

XƏBƏRLƏR
  • Hamının qəlbində Vətən sevgisi var. Amma zamanı yetişəndə sinəsi sipər oğullar o sevgini daha artıq şəkildə büruzə verir. Bax bu gün söz açdığımız Həsrət Həsən oğlu Quliyev kimi. Həsrət əslən Cəbrayıl rayonundandır. Lakin o, məlum hadisələrlə bağlı Sumqayıt şəhərində doğulmuşdur. Elə həmin şəhərdə yerləşən Cəbrayıl rayon 5 saylı tam orta məktəbdə oxumuşdur.

Cəbrayılın üzünü görməyən Həsrət 20 may 1998-ci ildə Sumqayıt şəhərində dünyaya gəlmişdir. Buna baxmayaraq həmişə qəlbində Cəbrayılı görmək, oraya qovuşmaq arzusu daim alovlanıb. Məhz buna görə həqiqi hərbi xidmət keçən H.Quliyev Quru Qoşunlarında xidmət etmişdir. Azərbaycan Ordusunun giziri kimi o, Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüş yolu keçmişdir. 13 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Həsrət Həsən oğlu Quliyev "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülmüşdür. Qazimiz birinci dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər