Qeyd edək ki, mayın 11-də Aşıq Pəri məclisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Tanrıdan pay idi Azərbaycana!" adlı kitabın təqdimat mərasimini keçirib. 40 nəfər müəllifin şeiri yer alan bu kitabda məclis üzvlərinin Ulu Öndərə olan sevgisi, onun Azərbaycan üçün əvəzolunmaz dahi olduğu poeziyanın dili ilə oxuculara təqdim edilib. Təqdimatı giriş sözü ilə Aşıq Pəri məclisinin rəhbəri və kitabın redaktoru Pərvanə Zəngəzurlu açıb. Sonra qonaqlara söz verilib. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin həyat və tükənməz fəaliyyətindən geniş bəhs edib, Ulu Öndərə həsr etdikləri şeirlərdən nümunələr ifa ediblər. Sonda Aşıq Pəri məclisinin sədr müavini və kitabın tərtibatçısı Südabə İrəvanlı tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tahirə AĞAMİRZƏ