28.06.2025, 01:54
AZ EN
25.04.2023, 09:00 422

Bu gün Ümumdünya DNT Günüdür

XƏBƏRLƏR
  • Hər il aprelin 25-də dünyanın müxtəlif ölkələrində Ümumdünya DNT Günü qeyd edilir. Bu günün qeyd olunmasının məqsədi tələbələrə, müəllimlərə və ictimaiyyətə DNT-nin tədqiqi sahəsində son nailiyyətləri açıqlamaq və əldə edilən nəticələrin həyatımıza təsirini araşdırmaqdır.

Qeyd edək ki, dezoksiribonuklein turşusu (DNT) canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər DNT-yə sahibdir.

Aztibb.az xəbər verir ki, DNT-nin təhlilinə əsasən keçirilən genetik ekspertizalar zamanı mübahisəli atalığın, analığın, qohumluq əlaqələrinin təyini, cinayət törədildikdə hadisə yerindən götürülən bioloji mənşəli obyektlərin (qan, ağız suyu, dırnaq, tük və s.) tədqiqi zamanı şəxsiyyətin identifikasiyası həyata keçirilir.

DNT tarixdə ilk dəfə isveçrəli həkim Fridrix Mişer tərəfindən 1869-cu ildə kəşf edilib. 1953-cü il aprelin 25-də “Nature” jurnalında alimlər Ceyms Uotson, Frensis Krik Moris Uilkinsom və Franklin Rozalind DNT molekulunun strukturunun tədqiqat nəticələrini dərc edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər