27.06.2025, 12:57
AZ EN
23.11.2023, 09:29 337

Zabuxa qayıdan sakin: Çox böyük sevinc hissi yaşayırıq

XƏBƏRLƏR
  • Çox böyük sevinc hissi yaşayırıq. Allah bizim üçün bu sevinc hissini əbədi etsin. Bizə bu xoş günü yaşadan, öz qayğısını göstərən Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Bu sözləri noyabrın 23-də Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Aytəkin Nuriyeva deyib.

Zabuxa ailəsi ilə birlikdə köçdüyünü deyən kənd sakini əlavə edib: “Övladlarım da buna çox sevinirlər. Çünki onlara tez-tez öz ata yurdumla bağlı olan xatirələrimi danışırdım. Bizi doğma elimizə, obamıza geri qaytaran şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə isə səbirli və güclü olmalarını arzulayıram”. (AZƏRTAC)

Oxşar xəbərlər