26.09.2025, 04:17
AZ EN
22.09.2025, 11:57 233

Məcnun Məmmədov: "Qarabağ və Şərqi Zəngəzurun çox böyük aqrar potensialı var"

XƏBƏRLƏR
  • Həm Qarabağ, həm də Şərqi Zəngəzurun çox böyük kənd təsərrüfatı potensialı var.

Bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan sosial, iqtisadi, siyasi istiqamətlərdə stabil bir ölkədir: "Bu tədbirdə Qarabağ və Şərqi Zəngəzurdakı investisiya imkanları dəyərləndirilir".

O bildirib ki, hazırda orada müxtəlif sahələrdə investisiyalar həyata keçirilir: "Xüsusilə müasir suvarma sistemlərinə ciddi yatırımlar olur. Həmçinin, müxtəlif qida emalları layihələri də nəzərdə tutulub". (Report)

Oxşar xəbərlər