27.06.2025, 11:26
AZ EN
23.11.2024, 10:14 351

Xankəndi və Ağdərə gələn il büdcəyə pul qazandıracaq - 35 İLDƏN SONRA İLK DƏFƏ

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur. Hazırda bərpa və yenidənqurma işlərinin aparıldığı həmin ərazilərdən dövlət büdcəsinə ödənişlərin daxil olacağı gözlənilir. Bu sırada ilk olaraq Xankəndi və Ağdərədən gözləntilər daha çoxdur.

"Vətən səsi" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib. O qeyd edib ki, 2025-ci ildə ilk olaraq Xankəndi şəhəri və Ağdərə rayonundan dövlət büdcəsinə gəlirlər daxil olmağa başlayacaq.

Xatırladaq ki, 1988-ci ildən erməni separatçılarının və Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçən Xankəndinin bütün iqtisadi resursları və maliyyə qaynaqları faktiki olaraq işğalçıların istifadəsində olub. Elə həmin ərəfədə Ağdərə rayonu da separatçıların nəzarətinə keçib, bütün infrastrukturlar dağıdılaraq məhv edilib. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyi tamamilə bərpa olunub. 2023-cü il oktyabrın 15-də  prezidenti İlham Əliyev Xankəndi və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırıb. Bundan sonra hər iki şəhərə aid inzibati ərazilərdə infrastrukturların və təsərrüfat sahələrinin bərpasına, yeni xidmət və istehsal sahələrinin yaradılmasına başlanıb. Məsələn, Xankəndidə Azərbaycanla Özbəkistanın müştərək iqtisadi və investisiya əməkdaşlığı çərçivəsində yenidən qurulan tikiş fabriki hər iki ölkənin xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Fabrikdə il ərzində 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal olunacaq. Hazırda burada 250-dək işçi çalışır ki, onların da əksəriyyəti Qarabağa geri qayıtmış keçmiş məcburi köçkünlərdir. Gələcəkdə işçilərin sayının 800 nəfərə çatdırılacaqğı gözlənilir.

Ağdərə rayonundan isə büdcəyə daxilolmaların əsas hissəsinin kənt təsərrüfatı sahəsinin payına düşəcəyi proqnozlaşdırılır. Bu sırada torpaqların icarəyə verilməsindən əldə olunan gəlirlərin də payı az olmayacaq. 

Elxan SALAHOV

Oxşar xəbərlər