Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, rəsmi statistika göstərir ki, artımlar daha çox aylıq sosial müavinət alanların sayı ilə bağlı olub: "Belə ki, həmin vətəndaşlarımızın sayında 14 min artım qeydə alınıb. Bu isə birbaşa aylıq sosial yardımların dairəsinin genişlənməsi və bəzi proqramlar ilə məlumatlandırma səviyyəsinin artması ilə bağlıdır".
Millət vəkili daha sonra qeyd edib ki, 2025-ci ilin əvvəlində Azərbaycanda 334 mindən çox şəxs ünvanlı dövlət sosial yardımı alıb: "Ötən ilin əvvəlinə bu göstərici 275 min idi.
Göründüyü kimi, sosial proqramların dairəsinin genişləndirilməsi və daha çox vətəndaşlarımızı əhatə etməsi aylıq müavinət alanların sayında artım ilə müşahidə edilib".
Tahirə AĞAMİRZƏ